Ru
14:24 / 27 Mart 2025

"Faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı" - Dövlət başçısı

"Faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı" - Dövlət başçısı
Eye

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.

Bakupost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.


Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlət başçısı qeyd edib: “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar