Ru
23:25 / 02 Dekabr 2024

"Fənər" "Qalatasaray"la xal fərqini azaltdı

"Fənər" "Qalatasaray"la xal fərqini azaltdı
Eye

Türkiyə Superliqasında "Fənərbağça" lider "Qalatasaray"la arasındakı xal fərqini azaldıb.

Bakupost.az xəbər verir ki, ölkə çempionatının XIV turunda doğma meydanda "Qaziantepspor"u qəbul edən "sarı lacıvərdlilər" 3:1 hesablı qələbə qazanıb.

Digər İstanbul təmsilçisi "Beşiktaş" isə səfərdə "Hatayspor"la heç-heçəyə razılaşıb - 1:1.

Qeyd edək ki, ötən gün turnir cədvəlinin vahid lideri "Qalatasaray" "Eyüpspor"la 2:2 bərabərə qalaraq xallarının sayını 35-ə çatdırıb. "Fənərbağça" 32 xalla ikinci, "Beşiktaş" isə 22 xalla beşinci sırada qərarlaşıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar