"Fənərbağça" təcrübəli hücumçusu ilə yeni müqavilə imzalamağa çalışır.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Fənərbağça" rəhbərliyi mövsümün sonunda ayrılacağı gözlənilən Edin Ceko ilə müqaviləni daha bir il uzatmaq fikirində olduğunu bildirilib.
Gələn ay 39 yaşı tamam olacaq "Fənərbağça"nın hücumçusu Edin Ceko "sarı-lacivərdli"lərin heyətində vurduğu qollarla adından söz etdirməyə davam edir.
Elgün, BakuPost