Aralıq transfer fasiləsində heyətinə mühüm oyunçular qatmağı planlaşdıran "Fənərbaxça" Anderson Taliska ilə heyətini gücləndirə bilər.
Bakupost.az xəbər verir ki, idman mütəxəssisi Fabrizio Romano "Əl-Nasir"lə razılaşan "Fənərbaxça"nın Taliska transferini tamamlamağa hazırlaşdığını bildirib.
Məşhur jurnalist Taliska transferinin son mərhələyə çatdığını və "Əl-Nasir"dən "yaşıl işıq" gözlədiyini bildirib.
Qeyd edək ki, Türkiyədə ara transfer dövrü yanvarın 13-də başlayacaq.
Elgün, BakuPost