"Fənərbağça"nın baş məşqçi Joze Mourinyonun istəyinə uyğun olaraq transfer axtarışları davam etdirilir.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub rəsmiləri Lukas Silva Melo (Tuta) üçün "Ayntraxt" ilə anlaşıb və futbolçunun meneceri ilə danışıqlara başlanılıb.
Bu mövsüm "Ayntraxt"da 22 matça çıxan Tuta 1 qol vurub.
"Transfermarkt" məlumatlarına görə, Tutanın hazırkı bazar dəyəri 15 milyon avrodur.
Elgün, BakuPost