Milli komandamızın baş məşqçisi Fernandu Santuşun istefaya göndərilə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə yerli sosial media kanalları və idman mətbuatı məlumatlar paylaşılır. Buna səbəb onun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz nəticə qazanması göstərilir.
Portuqaliyalı mütəxəssisin taleyinə dekabrın 13-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. O, həmin iclasda nəticələrlə bağlı İK-ya hesabat təqdim edəcək və daha sonra mütəxəssislə bağlı qərar veriləcək.