Ru
13:42 / 19 Aprel 2025

Fəsadlar tam aradan qaldırılmayıb - Sürücülərə xəbərdarlıq

Fəsadlar tam aradan qaldırılmayıb - Sürücülərə xəbərdarlıq
Eye

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Bu barədə Bakupost.az -a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.

Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir.

“Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”, - deyə müraciətdə vurğulanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar