Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:21 / 21 Oktyabr 2024

Fətullah Gülən öldü - VİDEO

2958
ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin ölüm xəbəri yayılıb.

Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatında yaşayan Gülənin ölüdüyünü FETÖ-yə yaxın xəbər saytları yayıb. .

Qeyd olunur ki, o, dünən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Gülənin qardaşı oğlu Ebuseleme Gülən də sosial media hesabında əmisinin öldüyünü təsdiqləyib. O, X sosial media platformasından etdiyi paylaşımda 'Fətullah Gülən ruhunun üfüqlərinə doğru getdi. Allah ona rəhmət eləsin”. sözlərini yazıb..

FETÖ lideri sonuncu dəfə Pensilvaniya ştatında qaldığı malikanədən başqa yerə aparıldığı zaman görüntülənmişdi.

Qeyd edək ki, F.Gülenin böyrək çatışmazlığı, şəkər və demensiyadan əziyyət çəkdiyi bildirilirdi.



Zaur, BakuPost
Fətullah Gülən öldü - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar