Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.