Ru
11:21 / 29 Noyabr 2024

FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO

FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Eye

Milli Məclisin aparatında yeni təyinat baş tutub.

Bakupost.az "Modern.az"-a əldə etdiyi məlumata görə, parlamentin aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.

Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu "Dövlət qulluğunda fərqlənməyə görə" və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar