Ru
23:55 / 14 Mart 2025

Fidan: Avropa ABŞ-dan asılılığı azaltmağın zəruriliyini dərk edib

Fidan: Avropa ABŞ-dan asılılığı azaltmağın zəruriliyini dərk edib
Eye

Avropa son zamanlar öz təhlükəsizliyi məsələsində ABŞ-a 100% etibar etməyi dayandırmağın vacibliyini açıq-aydın dərk edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Biz indi Amerikanın Avropa ilə münasibətləri ilə bağlı Ukrayna məsələsində gündəmə gətirdiyi bəzi arqumentləri, müzakirələri və hərəkətləri izləyirik. Biz görürük ki, avropalı oyunçular üçün geri dönüşü olmayan nöqtəni keçdik. Avropalılar uzun illər - İkinci Dünya Müharibəsindən bəri öz təhlükəsizliklərini Birləşmiş Ştatlarla əlaqələndiriblər. ABŞ-ın iştirakı ilə təhlükəsizlik çətiri altında yaradılmış demokratiya və rifah regionu var. Avropanın normal ordusu yoxdur. Deməli, bu çətir götürülsə, o zaman rifah və demokratiya eyni şəkildə inkişaf edə bilməyəcək", - deyə Fidan TV 100-ə müsahibəsində bildirib

Fidan qeyd edib ki, indi Amerika davamlı olaraq bu təhlükəsizlik çətirini aradan qaldıra biləcəyindən danışır.

"Avropa başa düşməyə başlayıb ki, onun təhlükəsizliyi amerikalı seçicinin seçimindən asılı olmamalıdır. O, özü nəsə etməli olacaq. ABŞ prezidenti Donald Trampın bununla bağlı atdığı addımlar, təbii ki, avropalıları daha da təşvişə salıb. Onlar da rasional nəticə çıxarıb, bundan sonra öz təhlükəsizlikləri sahəsində Amerikadan 100 faiz asılı ola bilməyəcəklərini bildiriblər", - Fidan deyib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar