Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Cənab nazir 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək”, – deyə bildirilib.