Ru
15:48 / 04 İyul 2024

Filarmoniyada korrupsiya əməliyyatı - İzahat alındı

7220
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir.

Bakupost.az demokrat.az-a istinadla xəbər verir ki, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

Məsələ ilə bağlı Ayla Kərimova açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.

O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:

“Bu barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.

O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən "54-cü Avroviziya" mahnı müsabiqəsində təmsil edən və 207 xalla 3-cü yeri tutan Aysel Teymurzadənin həyat yoldaşıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər