Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:00 / 28 Oktyabr 2024

Filippində dəhşətli qasırğa - 97 nəfər öldü

507
Filippində "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 97-yə yüksəlib.

Bakupost.az xəbər verir ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) Traminin təsirləri ilə bağlı açıqlama verib.

Açıqlamada Trami tropik fırtınasının səbəb olduğu yağış, sel və torpaq sürüşmələri nəticəsində indiyədək 97 nəfərin öldüyü, 69 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada fırtınada 30 nəfərin itkin düşdüyü və axtarış-xilasetmə işlərinin davam etdiyi, ölkə daxilində təxminən 44 min 537 binanın zərər gördüyü, 6,7 milyon insanın fırtınadan zərər çəkdiyi qeyd olunub.

Əkin sahələrinə və infrastruktura da fırtınadan ciddi ziyan dəyib.

Xatırladaq ki, hər il orta hesabla 20 tufan və qasırğanın baş verdiyi Filippində 2013-cü ildə “Haiyan” tayfunu səbəbindən 7300-dən çox insan həyatını itirib və böyük dağıntılar baş verib.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar