Ru
15:53 / 19 Fevral 2025

Fırıldaqçılar pullarınızı ələ keçirə bilər - Ekspertdən xəbərdarlıq

Fırıldaqçılar pullarınızı ələ keçirə bilər - Ekspertdən xəbərdarlıq
870

Virtual valyuta bazarı fırıldaqçıların ən çox fəaliyyət göstərdiyi sahə kimi xarakterizə olunur. Hər il minlərlə insan bazara çıxarılan saxta koinlərin qurbanı olur. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdən biridir”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, insanlardan pul toplayan dələduzlar müəyyən vaxt sonra birjaya yeni koin çıxaracaqlarını vəd edirlər. Yaxud da birjaya çıxarılan koin vəsait topladıqdan bir müddət sonra birdəfəlik yoxa çıxır. Ona görə də tanınmış və təsdiqlənmiş birjalardan əməliyyat həyata keçirmək daha məqsədəuyğundur:

“Vətəndaşlar bu sahəni ətraflı araşdırmadan heç bir əməliyyat aparmamalı, eləcə də koin alqı-satqısı üçün kənar şəxslərə ödəniş etməməlidirlər. Əks halda dövlət tərəfindən heç bir təminatı olmayan bu birjada qoyulan pulların itirilməsi qaçılmazdır”.

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar