Fişəng uşağın əlində partladı, barmaqları qopdu
Rusiyanın Soçi şəhərində səkkiz yaşlı oğlan uşağı barmaqlarını itirib.
Bakupost.az xəbər verir ki, kurort şəhərində baş verən hadisə barədə "Krasnodar Teletayp" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, uşaq evdə valideynlərinin aldığı pirotexniki vasitələr tapıb. İkinci sinif şagirdi fişənglərdən birini yandırmaq qərarı alıb. Bu zaman o, uşağın əlində partlayıb. Nəticədə uşağın iki barmağı qopub.
Lalə, BakuPost