Xalq artisti Flora Kərimova Azərbaycan ictimaiyyətinə müraciət ünvanlayıb.
Bakupost.az xəbər verir ki, F.Kərimova onu qınayanlara sərt cavab verib.
Xalq artisti müğənni Afət Fərmanqızına səslənib və onu hədələyib:
"Afət, yəni mən o qədər savadsızam ki, bilmirəm məhkəmənin qərarı çıxmadan mülklərə həbs qoyulmur? Mən bunu bilərəkdən elədim, onu sən başa düşmədin. Mənə lazım idi biləm ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim.
Afət, deyirsən ki, ekspertizaya imtina etdi, sən bir sənədlərə bax! İnsanın dili başını daşdan-daşa vura bilər, öz qədərimizi özümüz yaradırıq.
Yalan danışmaq insan xislətidir. Öz uydurmalarına inanmaq isə bir başqa bədbəxlikdir.
Vicdanı olmayanın onurğası olmaz, qüruru olmaz, mənliyi olmaz! Varlığımı həzm edə bilməyib, çeynənmiş yalanlarınızı bir-birinizin ağzına tüpürməyiniz isə acizliyinizin göstəricisidir.
Hikkənlə öz cəsarətinin çatmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan ittiham və böhtanlarının hesabını verəcəksən!"