Ru
21:59 / 10 Oktyabr 2024

Floridada qasırğa nəticəsində ölənlərin sayı 9-a çatıb

457
Dünən ABŞ-ın Florida ştatını vuran Milton qasırğası nəticəsində azı 9 nəfər həlak olub.

Bakupost.az. xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb.

Daha əvvəl təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Telekanalın məlumatına görə, Volusiya qraflığında daha 3 nəfər, bir gündə 45 sm yağışın yağdığı Sent-Pitersberq şəhərində isə daha iki nəfər ölüb.

3-cü kateqoriya Milton qasırğası Siesta Key şəhəri yaxınlığında yerə enib. Cümə axşamı səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib. “PowerOutage” monitorinq qurumunun məlumatına görə, ştatın 3 milyondan çox sakini işıqsız qalıb.

Oktyabrın 7-də ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə bağlı Florida ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsi üçün göstəriş verib.

Sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dən çox insanın ölümünə və bölgəyə təqribən 35 milyard dollarkıq ziyan dəyməsinə səbəb olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar