Ru
19:09 / 17 Aprel 2025

Fransa Qafqazda vəziyyəti gərginləşmək istəyir -Zaxarova

Fransa Qafqazda vəziyyəti gərginləşmək istəyir -Zaxarova
Eye

Avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır.

Bakupost.az -ın məlumatına görə , bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının şahidi olub.

“Yeri gəlmişkən, Parisin təmsilçiləri regionda topladığı informasiyanı Ermənistandakı həmkarları ilə qətiyyən bölüşmür. Çünki məqsəd bəllidir. Bu məlumatlar bilavasitə Brüsselə göndərilir. Niyə? Ona görə ki, Brüsselin postsovet məkanındakı məqsədlərini heç kim gizlətmir. Bu, davamlı xaos, pozuculuq və zərərli fəaliyyətdir. Bundan əlavə Avropa İttifaqı və Fransanın fikirlərinin mərkəzində missiyanın fəaliyyət spektrinin genişləndirilməsi dayanır”, - XİN rəsmisi vurğulayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar