Ru
23:16 / 29 Dekabr 2024

Fransa səfiri qəza qurbanlarının xatirəsini andı

Fransa səfiri qəza qurbanlarının xatirəsini andı
2163

Fransanın Azərbaycandakı səfiri Ann Buayon dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.

Bakupost.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub. Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar