Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:58 / 25 Noyabr 2024

Fransa səfirinin ölkəmizə qarşı yeni TƏXRİBATI

601
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıb.

Bakupost.az xəbər verir ki, rəsmi Bakının Qərbi Azərbaycan tezisindən narahat olan fransız səfir özünün “X” sosial şəbəkəsində məsələyə ermənilər kimi yanaşıb.

Olivye Dekotini bildirib ki, “yeganə Qərbi Azərbaycan İran ərazisində (İranın şimal-qərbində etnik azərbaycanlılarının yaşadığı ərazini nəzərdə tutur -red.) yerləşir”.

Səfir İranın Qərbi Azərbaycan əyalətinin xəritəsini “X” səhifəsində dərc edərək ona "bir və yeganə" şərhini yazıb.

Olivye Dekotini bununla hazırkı Ermənistan ərazisinin Qərbi Azərbaycan olduğunu inkar etməyə çalışıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftə mətbuata verdiyi müsahibədə Qərbi Azərbaycan məsələsi ilə uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmağa cəhdi etmişdi.

Halbuki, Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar