Fransa müstəntiqləri Avropa İttifaqının sanksiyaları altında olan Süleyman Kərimovun çirkli pulların yuyulması işi çərçivəsində Maliyyə Nazirliyində axtarışlar aparıb.
Bakupost.az “Le Monde” saytına istinadla xəbər verir ki, Fransa hakimiyyəti Kərimovla dövlət qurumları arasında vergi sazişinin bağlanması ilə bağlı halları öyrənir. Bu müqavilə Kot d'Azurda dəbdəbəli daşınmaz əmlaka investisiyalarla bağlı mübahisəni həll etməyə imkan verib. Bu obyektlərin ümumi dəyəri 38 milyon avrodan çoxdur.
Paris prokurorluğu və Mütəşəkkil cinayətkarlıqla mübarizə yurisdiksiyası təsdiqləyib ki, axtarışların məqsədi bu mülklərə sahiblik və vergilərin necə qurulduğunu öyrənmək olub.
Fransa Maliyyə Nazirliyində axtarışlar çox nadir hallarda aparılır və bu, Kərimova qarşı şübhələrin ciddiliyini vurğulayır.
İş davam edir və müstəntiqlər əməliyyatın bütün hallarını ətraflı öyrənmək niyyətindədirlər.