Ru
11:00 / 01 Yanvar 2025

FTB ABŞ-nin tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar etdi

FTB ABŞ-nin tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar etdi
1295

Federal Təhqiqat Bürosunun (FTB) əməliyyatçıları ABŞ-nin Virciniya ştatında ölkə tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar ediblər.

Bakupost.az bu barədə CBS kanalına istinadən xəbər verir ki, gizli anbarda 150-dən çox istifadəyə hazır əldəqayırma partlayıcı qurğu tapılıb.

"FTB ərazidə 150-dən çox partlayıcı qurğu aşkar edib ki, bu da ilkin qiymətləndirmələrə görə, tarixdə hazır partlayıcı qurğuların ən böyük müsadirəsi olub", - prokurorun məhkəməyə müraciətində qeyd olunub.

Həbs edilən Bred Spafford odlu silahın qanunsuz saxlanılmasına görə tutulub - daha sonra onun Ayl-of-Uayt dairəsindəki fermasında axtarış aparılıb.

Təxminən səkkiz hektar ərazinin yoxlanılması nəticəsində Federal Təhqiqat Bürosunun əməliyyatçıları rekord sayda hazır partlayıcı maddə aşkar ediblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar