Ru
09:47 / 11 Dekabr 2024

Futbol əfsanəsi Messi Bakıya gəlib - FOTO+VİDEO

Futbol əfsanəsi Messi Bakıya gəlib - FOTO+VİDEO
Eye

Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.


Onu Bakı hava limanında azərbaycanlı iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Məlumat üçün bildirək ki, bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur “Morandi” qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar