Ru
18:30 / 24 Fevral 2025

Futbolçu itinə Messinin adını verdi

Futbolçu itinə Messinin adını verdi
Eye

"Zenit"in yeni futbolçusu Luis Enrike argentinalı Lionel Messinin şərəfinə onun adını itinə verdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu "Sport Express"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, it bu adı futbolçuya rəng baxımından oxşadığına görə alıb.

“Düzdür, itimin adı Messidir. Mən onu belə adlandırdım, çünki o da açıq rənglidir və bu baxımdan mənə onu xatırladır”, - deyə Cənubi Amerikalı futbolçu bildirib.

Qeyd edək ki, Enrike ilə “Zenit” arasında 4 illik müqavilə daha bir il uzadılma ehtimalı ilə imzalanıb. Braziliyalı 2024-cü ilin fevralından "Botafoqo" klubunda çıxış edib. O, komandanın heyətində bütün yarışlarda 38 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar