Ru
19:35 / 29 Yanvar 2025

Gallup: Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb

Gallup: Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb
Eye


Ermənistanda Nikol Paşinyanın və onun partiyasının reytinqi ilə bağlı ictimai rəy sorğusu keçirilib. Məlum olub ki, Paşinyanın partiyasının reytinqi kəskin şəkildə aşağı düşüb. Belə ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasını ermənilərin yalnız 11,3%-i dəstəkləyir.

Bakupost.az xəbər verir ki, bu barədə "Gallup" Beynəlxalq Təşkilatının Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

"Əgər növbəti bazar ertəsi parlament seçkiləri keçirilərsə, hansı partiyaya səs verəcəksiniz" sualına cavab olaraq, respondentlərin cəmi 11,3%-i “Vətəndaş müqaviləsi” partiyasının adını çəkib.

"Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir" - deyə "Gallup"un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan jurnalistlərə bildirib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar