“Azərbaycanın tələbi Zəngəzur dəhlizinin açılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Əgər Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Prezidentin də dediyi kimi, Zəngəzur dəhlizi artıq beynəlxalq aləmdə qəbul olunur. Ona görə də gec-tez bu dəhliz fəaliyyət göstərəcək”.
O bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı və Türkiyəni birləşdirir. Azərbaycanla Türkiyənin birbaşa quru əlaqəsinin olmasını istəməyən qüvvələr Zəngəzur dəhlizinə qarşı çıxırlar:
“Ermənistan bilməlidır ki, Zəngəzur dəhlizi Azərbaycanın gündəmində olan bir məsələdir. 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Birgə Bəyanatda da Zəngəzur dəhlizinin açılması qeyd olunur. İlham Əliyev bu Bəyanatı xatırlatmaqla bununla bir daha İrəvana çağırış etmiş oldu”.
Sevinc,
BakuPost