Gələcəkdə qaranlıq gecələrdə mobil tətbiq vasitəsilə istədiyiniz nöqtəni günəş işığı ilə işıqlandırmaq mümkün olacaq. Bəs bu, necə baş verəcək?
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya mərkəzli Reflect Orbital şirkəti bu ideyanı reallaşdırmağı hədəfləyir. Şirkət bunun üçün kosmosa nəhəng ölçülü əksetdirici güzgülər göndərməyi planlaşdırır. Bu güzgülərin Yer orbitində xüsusi bir peykə yerləşdirilməsi və həmin peykin güzgüləri idarə edərək günəş işığını seçilmiş bölgəyə yönləndirməsi nəzərdə tutulur. Bunu həyata keçirmək üçün istifadəçilərin mobil tətbiq və ya şirkətin veb saytı vasitəsilə fəaliyyət göstərən bir sistemdən istifadə etmələri tələb olunur.
İdeya reallaşarsa, istifadəçilər xəritə üzərində istədikləri nöqtəni seçərək koordinatları daxil edir və həmin bölgənin həqiqi günəş işığı ilə işıqlandırılmasını təmin edə bilirlər.
Bu texnologiyanın müxtəlif məqsədlərə xidmət edə biləcəyi qeyd olunur. Əyləncə və şou məqsədli işıqlandırmadan tutmuş enerji istehsalını fasiləsiz həyata keçirməyə qədər bir çox sahələrdə sözügedən tətbiqdən edilə bilər.
Bu texnologiyanın ən böyük üstünlüyünün günəş işığından daha səmərəli istifadəni mümkün etməsi olduğu bildirilir. Yəni bu texnologiya yalnız innovativ bir ideya olmaqla kifayətlənməyib, həm də enerji istehsalı və istehlakı sahəsində inqilabi bir həll kimi qəbul edilir.
Elgün, Bakupost