Gədəbəy sakini ov zamanı güllə yarası alıb.
Gədəbəydə dovşan ovuna gedən 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.Hadisə rayonun Qoşabulaq kəndi ərazində qeydə alınıb.Belə ki 36 yaşlı kənd sakini Tural Qasımov güllə yarası ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Ona yardım edildikdən sonra Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına xəstəxanasına hospitalizasiya edilib.Xəstə dərhal əməliyyat edilib.
Bakupost.az APA TV-yə istinadən xəbər verir ki, Tural Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun ayağından dəyib.Faktla bağlı araşdırma aparılır.