Ru
11:59 / 07 Yanvar 2025

Gedişhaqqı artır, xidmət dəyişmir - “Düşəndə gödəkçən ilişib cırılır” - VİDEO

 Gedişhaqqı artır, xidmət dəyişmir - “Düşəndə gödəkçən ilişib cırılır” - VİDEO
1249

Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşrutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətinin keyfiyyətində heç bir dəyişiklik yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Qeyd olunur ki, sərnişinlər ödədikləri gedişhaqqına görə göstərilən xidmətdən narazıdırlar.

Demək olar ki, əksər rayonlarda vəziyyət eynidir. Məsələn, Tovuzda 104 kiçiktutumlu mikroavtobusdan 49-u şəhərdaxili, 55 nəqliyyat vasitəsi isə kəndlər üzrə işləyir. Ötən ilin yayından avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təyin edilsə də, göstərilən xidmət sərnişinləri qane etmir.

Onların sözlərinə görə, marşrut avtobusları o qədər köhnədir ki, keçəndə paltarları ilişib cırılır: “Keyfiyyət demək olar ki, yoxdur. Düşəndə gödəkçən oturacağa ilişib cırılır. 50 qəpik verməyə dəymir...”

Tovuzda hələ ki, sözügedən mikroavtobusların iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində heç bir addım atılmayıb. Mingəçevir şəhərinin daxilində fəaliyyət göstərən marşrut avtobuslarının da əksəriyyəti belədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Mingəçevirin şəhərdaxili marşrut şəbəkəsi qurumun mütəxəssisləri tərəfindən ətraflı təhlil olunub. Şəhərin bütün yaşayış massivlərini və ərazilərini əhatə edən optimal ictimai nəqliyyat şəbəkəsi hazırlanıb. Sərnişin tələbatına uyğun olaraq avtobusların sayı və tutumu nəzərə alınan layihənin həyata keçirilməsi istiqamətində işlər görülür.

O da qeyd edilib ki, bölgələrdə daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar