Ru
16:07 / 19 Noyabr 2024

Polislərə müjdə: Maaşlar artır - NAZİRDƏN AÇIQLAMA

Polislərə müjdə: Maaşlar artır - NAZİRDƏN AÇIQLAMA
Eye

Cari ildə Daxili Qoşunların hərbi qulluqçularının əməkhaqqı artırılıb.

Bakupost.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə ümumi əməkhaqqılarının artırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqının artırılması nəzərdən keçiriləcək.

Qeyd edək ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar