Ru
15:54 / 22 Noyabr 2024

Gəlin qayınatasını döşəmə silən taxta ilə döydü

Gəlin qayınatasını döşəmə silən taxta ilə döydü
Eye

Hacıqabul rayonunda qaynatasını döşəmə təmizləyən taxta ilə döyən gəlinə hökm oxunub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəyə görə 1987-ci il təvəllüdlü İ.C. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Gəlin məhkəmədə A.S. adlı qaynatasının ona qarşı xoşagəlməz ifadələr işlətdiyini və hadisəni bu səbəbdən törətdiyini deyib. İ.C. qaynatasının dediklərindən əsəbləşərək döşəməni təmizləmək üçün istifadə olunan taxta ilə onun kürək və boyun hissələrinə vurub. Daha sonra A.S. evdən qaçaraq polisə məlumat verib.

Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasında A.S.nın bədənində ciddi bir travmatik zədə və onun obyektiv izləri aşkar edilməyib.

Məhkəmənin qərarı ilə İ.C. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar