Ru
22:22 / 26 İyul 2024

Gəlin toydan əvvəl bəyi döydü

2556
ABŞ-nin Florida ştatında Sent-Pitersberqdə nigah mərasimi dava ilə bitib.


Bakupost.az xəbər verir ki, 26 yaşlı Milli Rouz və nişanlısı nikah müqaviləsi bağlayarkən mübahisə yaranıb.


Gəlin nişanlısının şərtlərindən elə qəzəblənib ki, üzərinə cumub yumruqlayıb.


Məsələyə polis qarışıb və oğlan kürəyindən, başından, sinəsindən ağır zərbələr aldığını göstərib.


Bəyin qardaşı araya girib mane olmağa çalışsa da, gəlin onun qolunu dişləyib.


Polis bölməsində qızın aqressiyasının bir səbəbi kimi içkili olması da göstərilib.


Amma Molli nişanlısını onu son anda peşman etdiyini və nikah müqaviləsinə razılaşmadığı bəndləri əlavə etdiyini əsas gətirir.


Onların evlənib evlənməyəci sual altındadır.


Çünki Molliyə nişanlısı və onun qardaşına 1 ay yaxınlaşmamaq qərarı verilib.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar