Gəncədə bıçaqlanma olub.
Bakupost.az xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Göygöl rayon sakini İ.Pənahov bıçaq yarası ilə xəstəxanaya aparılıb.
Xəstə əməliyyat olub,vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə İ.Pənahov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Fakt araşdırılır.