Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı
Bakupost.az -a təsdiqləyib.
"Hacı Vəliyev barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar olaraq saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir", - deyə Nurlan Əliyev vurğulayıb.
Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.