Bu gün Gəncədə 4 yaşlı oğlan xəstəxanada vəfat edib.
Bakupost.az xəbər verir ki, 2021-ci il təvəllüdlü H.Hüseynov 2 saylı Uşaq Xəstəxanasında dünyasını dəyişib.
Bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan azyaşlı həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq vəfat edib.
Ölümün hansı səbəbdən baş verdiyi araşdırılır.