Ru
01:44 / 28 Sentyabr 2024

Gəncədə 44 yaşlı kişi bıçaqlandı

1222
Gəncədə 44 yaşlı kişi bıçaqlanıb.

Bakupost.az -ın "Unikal"a istinadla məlumatına görə, hadisə şəhərin AKTA 6 adlanan yaşayış massivində baş verib.

1980-ci il təvəllüdlü Polad Rzayev qolunun kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə ilkin tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. 44 yaşlı kişinin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar