Ru
09:24 / 23 Noyabr 2024

Gəncədə beton hasara çırpılan maşın yandı - FOTO

Gəncədə beton hasara çırpılan maşın yandı - FOTO
Eye

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi “Changan” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar