Ru
21:16 / 26 İyun 2024

Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir - FOTO

2146
Gəncədə 2 nəfərin bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisəyə qısqanclıq səbəb olub.

Belə ki ,qətl törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Laçın rayon sakini Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.

Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib

Hər iki şəxs xəstəxanaya yerləşdirlib.

Qeyd edək ki, bıçaqlanan 25 yaşlı Laçın rayonun sakini Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Ələkbərovun köməkçisidir.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər