Ru
13:29 / 25 Aprel 2025

Gəncədə bıçaqlanan yeniyetmə ilə bağlı AÇIQLAMA

Gəncədə bıçaqlanan yeniyetmə ilə bağlı AÇIQLAMA
Eye

Aprelin 22-də 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakupost.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Aprelin 23-də pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar