Ru
19:12 / 01 Mart 2025

Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını ölümcül döydü - FOTO+VİDEO

Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını ölümcül döydü - FOTO+VİDEO
Eye

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.

Bakupost.az xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

Məlumata görə, Abdıyev Elxan Vaqif oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Abdıyeva Humay Gəray qızına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinı çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.

O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.

Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.

Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Cütlüyün Məzahir(12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.

Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Zaur,BakuPost




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar