Gəncə şəhərində iki yeniyetmə itkin düşüb.
Bakupost.az xəbər verir ki, 17 yaşlı Əliyev Kamil İlkin oğlu martın 9-da itkin düşüb. Yaxınlarının sözlərinə görə, o, gecə saatlarında tanışı Nəzərov İbrahim Samiroviçin yaşadığı ünvanından Bakı şəhərinə getmək adı ilə çıxıb və itkin düşüb.
Həmçinin martın 12-də 15 yaşlı Yaqubov Yəhya Əsgər oğlu Gəncədə yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşüb.
Hər iki faktla bağlı Gəncə şəhər BPİ-nin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılır.