Gəncədə "Opel" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Hafiz Məmmədov sükan arxasında infarkt keçirib.
Bakuposrt.az "Report"a istunadla xəbər verir ki, bu zaman avtomobil maneəyə çırpılıb.
Sürücü avtomobildə infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub.
Bakupist.az - ın "Report"a istinadla məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil metal arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1 nəfər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti araşdırılır.
Faktla bağlı araşdırma aparılır.