Gəncə şəhərində orta məktəb şagirdi bıçaqlanıb.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən baş verib. 2009-cu il təvəllüdlü Fərid Quliyev boyun nahiyəsindən ağər xəsarət alıb.
Vəziyyəti ağır olan məktəbli ilkin tibbi yardımdan sonra Bakıya, paytaxt xəstəxanalarından birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
Elnur
Bakupost.az