Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:04 / 19 Oktyabr 2024

Gəncədə qadını şantaj edən şəxs saxlanıldı

678
Gəncə şəhərində qadın şantaj edilib, ondan pul tələb olunub.

Bakupost.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Sadiq Salehov şübhəli qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar