Ru
18:31 / 28 Sentyabr 2024

Gəncədə qaz balonunu partladı: 66 yaşlı qadın yandı - YENİLƏNDİ

657
Gəncədə maye qaz balonu partlaması nəticəsində xəsarət alan şəxs Bakıya aparılıb.

Bakupost.az -ın APA-ya istinadla məlumatına görə, partlayış nəticəsində yanıq xəsarətləri alan 66 yaşlı Y.Vəliyev bu gün Gəncədə müalicə aldığı xəstəxanadan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə hospitalizasiya edilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

***
Gəncədə evdə maye qaz balonu partlayıb.

Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar