Ru
13:22 / 17 Fevral 2025

Gəncədə şagirdi döyən sinif rəhbəri işdən çıxarıldı

Gəncədə şagirdi döyən sinif rəhbəri işdən çıxarıldı
869

Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bildirilib ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Xatırladaq ki, məktəblinin döyülməsi iddiaları ilə bağlı saytımıza onun babası Ələddin Hüseynov müraciət etmişdi. O, nəvəsinin daha öncə də həm də sinif rəhbəri olan müəllimi tərəfindən döyüldüyünü, uşağın əlindən xəsarət aldığını iddia edirdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdu.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar