Ru
10:42 / 11 Aprel 2025

Gəncədə universitet əməkdaşı xəbərsiz işdən çıxarıldı - Özünə xəsarət yetirdi

Gəncədə universitet əməkdaşı xəbərsiz işdən çıxarıldı - Özünə xəsarət yetirdi
Eye

Gəncə Dövlət Universitetində qadın özünə kəsici alətlə xəsarət yetirib.

Bakupost.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Günay Məmmədova qolunun kəsilmiş-cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına xəstəxanada yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə görə, G.Məmmədova GDU (dəftərxana) əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılması olub. Həmçinin məlumata görə, G.Məmmədova universitetdə vəzifəsinin qalxması üçün 25 manat pul verib və qadın işinin düzəlmədiyini görüb. Bu zaman pulunu istəyəndə isə işdən çıxarılıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar