Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:17 / 18 Oktyabr 2024

Gəncədəki partlayışda ölənlərin kimliyi bəlli oldu - VİDEO - YENİLƏNDİ

2155
Gəncədə binada partlayış baş verib.

Bakupost.az məlumatına görə, partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
***
Gəncədə mənzildə başvermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Bakupost.az xəbər verir ki, Gəncədə partlayış nəticəsində 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbdən şoka düşənlər də olub.

Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar