Ru
14:54 / 14 Aprel 2025

“General”a hökm oxundu

“General”a hökm oxundu
Eye

Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizova hökm oxunub.

Bakupost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri ilə külli miqdarda dələduzluğa yol verib.

Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəlcədən MİDA-nın “Güzəştli mənzil” sistemi barədə məlumat əldə edib və yanına gələn vətəndaşlara bu sistemin iş prinsipi barədə ətraflı izahat verib. O, zərərçəkmiş şəxsləri MİDA-nın qeydiyyatına salmaq adı ilə onları guya “investor” adlı proqrama daxil edəcəyini vəd edib.

Mirdaməd Əzizov bu yolla vətəndaşların etimadını qazanaraq, “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta “general” geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.

Məhkəmənin qərarı ilə Mirdaməd Əzizov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar